Xarici İşlər naziri vəzifəsinin icraçısı: İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər düzgün istiqamətdədir

Xarici İşlər naziri vəzifəsinin icraçısı: İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər düzgün istiqamətdədir

İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri bəyan edib ki, İran və Livan arasındakı qarşılıqlı fəaliyyət və əməkdaşlıq qədim tarixə söykənir və biz həmişə livanlı dostlarımızla müzakirə edirik və məsləhətləşirik. O, əlavə edib: “İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər düzgün istiqamətdə gedir və hər iki tərəf bir-biri ilə əməkdaşlıq üçün ciddi və səmərəli addımlar atıb.”

Livanda səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Livanın Xarici İşlər naziri ilə danışıqların ikinci raundundan sonra İranın Beyrutdakı səfirliyində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərlə bağlı sualı cavablandıran Baqiri deyib: “İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər düzgün istiqamətdədir. İki ölkə arasında münasibətlərin rəsmi şəkildə bərpa olunduğu vaxtdan müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində çox ciddi və səmərəli tədbirlər görülüb, səylər göstərilib.”

Əli Baqiri bildirib: “İran və Səudiyyə Ərəbistanı regionun digər ölkələri ilə birlikdə bir-biri ilə qarşılıqlı əlaqədə və əməkdaşlıq edərək sülh bölgəsi yaratmaq üçün ciddi iradəyə malikdir.”

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə son məsləhətləşmələrinə toxunan Baqiri deyib: “Bu məsləhətləşmələrdə Fələstindəki son hadisələri və sionist rejimin Qəzzə və Rəfahdakı son cinayətlərini müzakirə etdik. Hər iki tərəf Fələstin xalqına kömək etmək və bu cinayətləri dayandırmaq üçün təsirli, ciddi və səmərəli tədbirlərin görülməli olduğunu vurğuladı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =