Xarici İşlər Nazirliyi: İran əleyhinə qətnamənin Hakimlər Şurasında qəbul edilməsi qeyri-konstruktivdir

Xarici İşlər Nazirliyi: İran əleyhinə qətnamənin Hakimlər Şurasında qəbul edilməsi qeyri-konstruktivdir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Hakimlər Şurasının iclasında İrana qarşı qətnamənin qəbulunu kəskin şəkildə pisləyib və bunu qeyri-konstruktiv və bəzi Qərb ölkələrinin müstəqil ölkələrə qarşı beynəlxalq mexanizmlərdən siyasi sui-istifadə etmək cəhdi adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin 5 iyun 2024-cü il tarixli bəyanatında MAQATE-nin Hakimlər Şurasının iclasında bir sıra ölkələrin İran əleyhinə qətnamə qəbul etməsini qətiyyətlə pisləyib.

Bu bəyanatda deyilir: İran İslam Respublikası bu qətnamənin təqdim edilməsini və təsdiqini siyasi və qeyri-konstruktiv hərəkət və bəzi Qərb ölkələrinin əvvəlki uğursuz siyasətlərinin davamı və beynəlxalq mexanizmlərdən müstəqil ölkələrə qarşı siyasi sui-istifadə cəhdi kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyi bu bəyanatda əlavə edib: İran İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Mühafizə Müqaviləsinə əsaslanan beynəlxalq hüquq və öhdəlikləri çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlığı davam etdirmək əzmindədir.

Bu bəyanatda deyilir: Bu qətnamənin verilməsi İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadəsini

davam etdirmək və ölkənin müvafiq beynəlxalq müqavilələrdəki hüquqlarına uyğun olaraq nüvə inkişaf planlarından faydalanmaq iradəsinə heç bir təsir göstərməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three − 3 =