Xaşeqçinin nişanlısı onun qətli ilə bağlı işin Səudiyyə Ərəbistanına verilməsinə etiraz edib
Səudiyyəli tənqidçi jurnalistin nişanlısı hüquq sistemi çərçivəsində Türkiyənin Xaşeqçinin qətl işini Səudiyyə Ərəbistanına təhvil vermə qərarına etiraz edəcəyini vurğulayıb.
Camal Xaşeqçinin nişanlısı Xədicə Çingiz Türkiyənin Xaşeqçi qətli ilə bağlı işi Səudiyyə Ərəbistanına ötürmək qərarına etiraz etmək niyyətində olduğunu bildirib.
AFP-nin məlumatına görə, bu gün (cümə axşamı) Türkiyə mediası Ədliyyə Nazirliyinin qərarından sonra Ankaranın Xaşeqçi ilə əlaqədar məhkəmə prosesini dayandırdığını bildirib. Ardınca işi Səudiyyə Ərəbistanına təhvil verib
Türkiyənin bu addımına cavab olaraq Xədicə Çingiz hüquq sisteminə uyğun olaraq bu qərara etiraz edəcəyini deyib.
Türkiyə Prezidentinin Fars körfəzinin ərəb ölkələri ilə münasibətlərin yaxşılaşdırılması ilə bağlı bəyanatından sonra media bu gün (cümə axşamı) Türkiyə məhkəməsinin “Washington Post” qəzetinin köşə yazarı “Camal Xaşeqçi”nin qətlinin sifarişçilərinin mühakiməsini dayandırdığını bildirib.
AFP xəbər verir ki, Türkiyə məhkəmə sistemi Xaşgeçinin qətli ilə bağlı işin Səudiyyə Ərəbistanına təhvil verilməsini təsdiqləyib. Eyni zamanda Türkiyə mətbuatı Türkiyə Ədliyyə Nazirliyinin işin Səudiyyə Ərəbistanına verilməsinə razılıq verdiyini yazıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid edən jurnalist Camal Xaşeqçi 2018-ci ilin oktyabrında Ər-Riyadın İstanbuldakı konsulluğunda vəhşicəsinə qətlə yetirilib.
Sui-qəsdə cavab olaraq Ankara rəsmiləri cinayətkarları mühakimə etmək üçün qiyabi məhkəmə çağırıb və bu, digər məsələlərlə yanaşı, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri ciddi şəkildə gərginləşdirib. ABŞ hökuməti qətllə bağlı hesabatında bunun Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa göstərişi ilə həyata keçirildiyini bildirib.
Ölkəsi ağır iqtisadi vəziyyətdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar Körfəz ərəb ölkələri ilə inteqrasiya səylərinə başlayıb və Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrini gücləndirmək istəyini də bildirib.