Xaşeqçinin nişanlısının Bayden və Bin Salman arasında ehtimali görüşə reaksiyası

Xaşeqçinin nişanlısının Bayden və Bin Salman arasında ehtimali görüşə reaksiyası

Camal Xaşeqçinin nişanlısı ABŞ Prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi arasında ehtimali görüşə reaksiya verib.

Tənqidçi səudiyyəli jurnalist Camal Xaşeqçinin nişanlısı Xədicə Çingiz CNN-ə müsahibəsində deyib:

ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş qərarı mənim və hər yerdəki azadlıq və ədalət tərəfdarları üçün çox üzücü məsələdir.

Əgər Bayden Məhəmməd bin Salmanla görüşsə, əxlaqi simasını itirəcək və bu, məni çox narahat edir.

Ağ Ev hələlik görüşü təsdiq etməyib. Bayden cümə günü bildirib ki, hazırda Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırmır.

Daha əvvəl Baydenin iyun ayında Səudiyyə Ərəbistanına gedəcəyi bildirilmişdi, lakin bəzi mənbələr səfərin iyul ayına təxirə salındığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =