Xaşeqçinin qətlini Bin Salmanın uşaqcasına inkarı və Baydenin ata kimi təsdiqləməsi-Foto

Xaşeqçinin qətlini Bin Salmanın uşaqcasına inkarı və Baydenin ata kimi təsdiqləməsi-Foto

Bir vaxtlar Camal Xaşeqçinin dəhşətli qətlinə görə təcrid olunacağına söz verdiyi Səudiyyə Ərəbistanına səfəri zamanı Bayden Səudiyyə vəliəhdi ilə görüşdən sonra verdiyi açıqlamalarda onun bu qətldə iştirakını inkar etdiyini bildirib.

Amerika prezidenti Co Bayden Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana gülümsəyib, yumruq sıxdıqdan sonra şənbə günü səhər Ciddədə keçirdiyi mətbuat konfransında bildirib ki, Səudiyyə Ərəbistanının müxalif jurnalisti Camal Xaşeqçinin öldürülməsi məsələsində Bin Salmanın əli olmasına Mərkəzi Kəşfiyyat İdarəsi təkid edirdi. Mən bu məsələni Səudiyyə rəsmiləri ilə müzakirə etdim.

Bu səfərə və indi Səudiyyə vəliəhd şahzadəsi ilə görüşə görə kəskin insan haqları təşkilatıarınnı tənqidi ilə üzləşən Bayden Xaşeqçinin qətlindəki rolunu inkar edən Bin Salmanın ifadələrinə istinad edərək jurnalistlərə deyib: Səudiyyənin vəliəhd şahzadəsilə Ciddədəki görüş zamanı “o (Səudiyyə vəliəhdi) Xaşeqçinin qətlində şəxsən məsuliyyət daşımadığını söylədi.” ABŞ prezidenti daha sonra bildirib ki, Bin Salman ona “məsul olanlara qarşı tədbir gördüyünü” deyib.

Bu mətbuat konfransında “Xaşeqçinin başına gələnlər qəddarcasına idi” deyən Bayden insan haqları müdafiəçisi pozasını alıb və əlavə edib: “Xaşeqçinin qətli ilə bağlı görüşün əvvəlində ona ehtiram olaraq bu məsələni əvvəldə qaldırdım. Bu barədə düşüncələrimi aydın şəkildə bildirdim.

Cümə günü Amerika prezidenti həmçinin Səudiyyə Ərəbistanı kralı və çoxlarının bu ölkənin sözdə hökmdarı hesab etdiyi Salman bin Əbdüləzizlə ayrı-ayrılıqda əl sıxıb.

2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda bin Salmanın sui-qəsd qrupu tərəfindən Camal Xaşeqçinin dəhşətli qətlindən sonra Səudiyyə vəliəhdi bu işdə iştirakını inkar edir.

 Bin Salman qətli sifariş edib-etməməsi ilə bağlı suala cavab olaraq CBS-nin 60 dəqiqə proqramında “Əlbəttə yox” deyib. Səudiyyə hökuməti əvvəlcə qətldə hər hansı əli olduğunu təkzib etsə də, daha sonra Səudiyyə kəşfiyyat komandasının Xaşeqçinin istəyinə zidd olaraq Səudiyyə Ərəbistanına ekstradisiya etməyə çalışarkən onu təsadüfən öldürdüyünü iddia edib.

2020-ci il president seçkiləri zamanı Bayden Səudiyyə hökumətini cinayətlərinin bədəlini ödəyəcəyini və insan haqları problemlərinə görə Ər-Riyadı kkənarlaşdıracağını vəd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =