Xatəmi: Avropa snapback təhlükəsi ilə öz zərərinə oynayır

Xatəmi: Avropa snapback təhlükəsi ilə öz zərərinə oynayır

İran İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatının rəhbəri briqada generalı Məcid Hatəmi Avropanın BMT sanksiyalarını bərpa etmək səylərini tənqid edərək, bu səylərin Avropa ölkələrinə zərər verəcəyini bildirib.

İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin rəhbəri briqada generalı Məcid Hatəmi Böyük Britaniya, Fransa və Almaniyaya BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək cəhdlərindən əl çəkmələri barədə xəbərdarlıq edib.

“Avropalılar belə bir addım atmağı seçsələr, bizim tətbiq edə biləcəyimiz üsullarımız var və əsl uduzan Avropa ölkələri olacaq”, – Hatəmi deyib.

Kəşfiyyat direktoru bu açıqlamanı 2015-ci il nüvə sazişinin tərəfləri olan bu üç ölkənin müqaviləyə daxil olan “snapback” mexanizmini işə salmaq səylərinə cavab olaraq verib. 

Bu mexanizm BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaların, xüsusən də sazişin imzalanması ilə aradan qaldırılan silah embarqosunun yenidən tətbiqinə imkan verir.

Avropa üçlüyü İranın nüvə enerjisi proqramının “hərbi məqsədlərə yönəldildiyini” iddia edərək bu təşəbbüsləri qanuniləşdirməyə çalışır. 

Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ölkənin nüvə obyektlərində ən əhatəli yoxlamalar aparmasına baxmayaraq, bu iddianı təsdiq edə bilməyib.

İran İslam Respublikası bəyan edir ki, Avropa üçlüyünün bu mexanizmi yenidən işə salmaq üçün hüquqi səlahiyyəti yoxdur. 

Tehran həmçinin ABŞ-ın 2018-ci ildə sazişdən qeyri-qanuni çıxmasından sonra bu ölkələrin Vaşinqtonun “maksimum təzyiq” kampaniyasında iştirakını və ötən ay İsrail rejiminin İrana qarşı başlatdığı ədalətsiz müharibəni dəstəkləməsini onların bu cür təşəbbüslərə başqa heç bir əsasının olmadığını sübut kimi göstərir.

Xatəmi çıxışına davam edərək İran xalqı və Silahlı Qüvvələrinin ölkənin müdafiəsində effektivliyini və İsrailin təcavüzünə uğurlu cavab verdiyini vurğulayıb.

“Son müharibədə düşmən milli birliyimizin sarsılacağını düşünürdü” deyən Hatəmi əlavə edib: “Lakin həm millətimiz, həm də qəhrəman əsgərlərimiz düşməni dəf edə biləcəklərini nümayiş etdirdilər. Sonda atəşkəs tələb edən düşmən oldu”.

“Hazırda İran təhlükəsizlik baxımından çox güclü mövqedədir. Xalqımızın şüur və ayıqlığı yüksək səviyyədədir, Silahlı Qüvvələrimiz isə tam hazırlıq vəziyyətindədir”, – Xatəmi deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 16 =