Xavi “Barselona”ya baş məşqçi təyin olunacaq
Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya “Barselona”sının sükanı arxasına keçəcəyi vaxt dəqiqləşib.
Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq. İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq. Qeyd edək ki, daha əvvəl mətbuatda “Əl Sədd” rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün “Barselona”dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.
Hit.az