Xelvaçauridə xilasedicilər torpaq altında qalan 2 nəfərin cəsədini aşkar etdi

Xelvaçauridə xilasedicilər torpaq altında qalan 2 nəfərin cəsədini aşkar etdi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Acarıstanın Xelvaçauri bələdiyyəsində sürüşmə nəticəsində həyatını itirmiş iki nəfərin cəsədi xilasedicilər tərəfindən aşkar edilib.

Dünən Kveda Djoço kəndindəki sürüşmə nəticəsində içərisində 2 sərnişin olan avtomobil torpaq altında qalıb.

Bundan baqaş, Fövqəladə Vəziyyətin İdarəsi Xidmətinin məlumatına görə, sürüşmə evi də dağıdıb. 120 yanğınsöndürən-xilasedici 40 min ton ağırlığındakı sürüşmə altında qalan vətəndaşların axtarışını hələ də davam etdirir.

Gecə saatlarında Acarıstana xüsusi təchizatlı köməkedicilər gəliblər. İşlərə 60 yanğınsöndürən cəlb edilib. Həmçinin bu gün səhər saatlarında müvafiq texnikalı 50 nəfər Tbilisidən yola çıxıb.

Acarıstandakı güclü yağışlara görə İctimai Təhlükəsizlik İdarəsi Mərkəzinə – “112”-yə 440 mesaj daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − three =