Xidmət şəhidlərinin seyidi

Xidmət şəhidlərinin seyidi

Ölkə prezidentinin şəhadəti münasibətilə idman əhalisi və federasiyalarI başsağlığı mesajları veriblər.

İran idman və gənclər nazirliyi, idman federasiyaları, müxtəlif idman klubları və komandaları və idman əhalisi verdikləri müraciətlərdə ölkə prezidentinin və onu müşayiət edənlərin helikopter qəzası hadisəsində şəhid olmaları ilə bağlı başsağlığı veriblər.

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi onu müşayiət edən heyətlə yanaşı bazar günü Şərqi Azərbaycan vilayətinin Vərzəqan bölgəsində baş verən helikopter qəzası hadisəsində yüksək şəhidlik dərəcəsinə nail oldular.

Bu hadisə ilə bağlı idman nazirliyi, idman klub və federasiyaları başsağlığı mesajları veriblər.

İdman və gənclər naziri Kiyumərs Haşimi xalq dövlətinin prezidentinin və onu müşayiət edən heyətin tapşırıq yerinə yetirərkən helikopter qəzası hadisəsində şəhid olmaları münasibətilə İranın şərəfli xalqına müraciət formasında belə qeyd edib:

Bismillahir-rəhmanir-rəhim

İnna lillah və inna iləyhi raciun

Xalq dövlətinin sevimli prezidentinin və onu müşayiət edənlərin helikopter qəzası hadisəsində şəhid olmaları iİslami İranın idman və gənclər camiəsini sonsuz qəm və kədərə bürüyüb.

Bu ağır itki, o şəxsin müqəddəs İran İslam Respublikası quruluşuna göstərdiyi dəyərli və ölməz xidmətləri və azad şəxsiyyəti ilə tanış olan cəmiyyətin digər təbəqələri kimi İslami İranın idman və gənclər camiəsi üçün kədər mənbəyidir.

Ayətullah Rəisi rəhmətullah əleyh öz mehriban ürəyi, sədaqətli və pak niyyəti, dərin düşüncəsi və ciddi iradəsilə daim xalqın, xüsusən azgəlirli təbəqənin problemlərinin həlli üçün böyük və gecə-gündüzlü səy göstərər, həssaslıqla problemləri təqib edər və izləyərdi.

Mən böyük din alimi Ayətullah Rəisi rəhmətullah əleyhin şəhadəti münasibətilə Vəliyyi Əmri Müslimin- Həzrət Ayətullahuluzma Xameneiyə, mərhumun möhtərəm xanidanı, əziz həyat yoldaşı, hörmətli övladları və bütün qohumlarına, eləcə də şərəfli İran xalqına başsağlığı verir, Allah-Taaladan onun üçün yüksək dərəcələr, ilahi bağışlanma və rəhmət diləyirəm.

Həmçinin ölkə prezidentilə yanaşı tapşırıq yerinə yetirərkən ləqaullaha qovuşan möhtərəm qardaş, İranın xarici işlər naziri mərhum Hüseyn Əmir-Abdullahiyanın, eləcə də Vəliyyi Fəqihin nümayəndəsi və Təbrizin imamcüməsi Ayətullah Seyid Məhəmməd-Əli Ali-Haşimin və Şərqi Azərbaycan vilayətinin möhtərəm valisiinin şəhadəti münasibətilə öz təəssür hissimi elan edir, bu xidmət göstərən məsul şəxslərin əziz xanidanlarına və şərəfli İran xalqına başsağlığı verir, Allah-Taaladan o şərəfli xidmət göstərənlər üçün övliyalara qovuşma, asayiş, rəhmət və bağışlanma, onların ailələrinə isə səbir və sağlamlıq diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − seven =