XİN: İran İsrailin son hücumuna cavab verəcək

İran İsrailin son hücumuna cavab verəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
O bildirib ki, rəsmi Tehran son hücumlara cavab verməkdə qərarlıdır.
Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana uğursuz zərbələr endirib. İran Prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı və düşünülmüş olacaq.