XİN-nin mətbuat katibi NATO-nun Vaşinqtonda keçirilən sammitinin bəyanatına reaksiya verib

XİN-nin mətbuat katibi NATO-nun Vaşinqtonda keçirilən sammitinin bəyanatına reaksiya verib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani NATO-nun Vaşinqtonda keçirilən sammitinin bəyanatının bir hissəsinə cavab olaraq deyib: “İran İslam Respublikası Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyanatında İranın Ukrayna müharibəsində Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı iddianı tamamilə əsassız, siyasi məqsəd güdən hesab edir və bunu rədd edir.”

Kənani əlavə edib: “Təəssüf ki, Ukraynada şahidi olduğumuz hadisələr ABŞ başda olmaqla, NATO-nun təxribatçı siyasətinin və hərəkətlərinin nəticəsidir və hələ də davam edir.”

Diplomatik qurumun sözçüsü əlavə edib: “Dəfələrlə qeyd etdiyimiz kimi, Ukraynadakı müharibəni İran İslam Respublikası ilə Rusiya arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdi, sırf qərəzli siyasi motivlərlə, müdaxilələri qanuniləşdirmək və Qərbin Ukraynaya silah yardımını davam etdirmək məqsədi ilə həyata keçirilən addımdır.”

“İran İslam Respublikasının strategiyası həmişə regionda və dünyada sabit təhlükəsizliyin bərqərar olması yolunda konstruktiv və sabitləşdirici rol oynamağa çalışmaq olub, Ukrayna münaqişəsində Rusiyaya heç vaxt pilotsuz təyyarələr verməyib, bu böhranın siyasi həllini və davamlı sülhün bərqərar olmasını vurğulamaqda davam edir” – deyə, Kənani vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =