XİN rəhbəri İranın nüvə silahını qəbuledilməz saydığını açıqlayıb

“Rəsmi Tehran nüvə silahını qəbuledilməz sayır”.
APA “Al-Arabiya – English” portalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Bununla da o ölkəsinin ABŞ-la danışıqlardakı mövqeyini təkrarlayıb:
“Problem nüvə silahındadırsa, bəli, biz də bu növ silahını qəbulolunmaz hesab edirik. Bu məsələdə rəsmi Vaşinqtonun mövqeyi ilə razıyıq”.