XİN sözçüsü işğal olunmuş Fələstində soyqırımın davam etdirilməsində bəzi Qərb ölkələrinin şərikliyinə dair “X” sosial şəbəkəsində paylaşım edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X sosial şəbəkəsində paylaşdığı mesajında Qəzzədə sionist rejimin cinayətlərinin davam etməsinə və ABŞ ilə bəzi digər Qərb dövlətlərinin bu soyqırımdakı roluna toxunaraq yazıb:
“Fələstinin ‘müstəmləkəçi şəkildə silinməsi’, bəzi əxlaqsız Amerika və Qərb siyasətçiləri və qərarvericilərinin köklü razılığı və şərikliyi ilə baş verir.”
“Bu cür Qərb hökumətləri, xalqlarının sionist rejimin vəhşicəsinə törətdiyi cinayətlərə qarşı etirazlarına baxmayaraq, artıq əxlaqi istiqamətlərini itiriblər. Məhz bu səbəbdəndir ki, İsrailə bu qədər itaət göstərir, onun aşkar təcavüzlərini dəstəkləyir və soyqırımını rahatlıqla əsaslandıra bilirlər.”