XİN: Suriya nüvə müzakirələrində İranı dəstəkləyir
Suriyanın Xarici İşlər naziri Faysal Mekdad, İran parlament nümayəndə heyəti ilə görüşündə Dəməşqi bütün siyasi, hərbi və iqtisadi sahələrdə dəstəklədiyinə görə Tehrana minnətdarlığını bildirib.
İran nümayəndə heyətinə İran-Suriya parlament dostluq qrupunun vitse-prezidenti Abbas Qolru rəhbərlik edib.
“SANA”nın məlumatına görə, görüş zamanı tərəflər parlament diplomatiyasının həm İran, həm də Suriya xalqının maraqlarını qorumaq üçün vacib olduğunu vurğulayıb.
Müzakirə zamanı diqqət əsasən ikitərəfli iqtisadi potensialın gücləndirilməsi üçün lazımi çərçivənin hazırlanmasına yönəldilib.
Daha sonra Faysal Mekdad İranın dinc nüvə proqramı və Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) toxunub. O, İran rəhbərliyinin xalqın maraqlarını və hüquqlarını qorumaq qabiliyyətini yüksək qiymətləndirib.
Mekdad bildirib ki, Suriya nüvə danışıqlarında İranı dəstəkləyir.
SalamNews