Xırdalanda gecə saatlarında işləyən çay evinin icarədarı həbs olunub

Xırdalanda gecə saatlarında işləyən çay evinin icarədarı həbs olunub

Abşeron rayon Polis İdarəsinin əməkdaşları gecə saatlarında Xırdalan şəhərində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçiriblər.

Təşkil edilən reyd zamanı şəhərin Heydər Əliyev prospektində “MM-Pub” çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi aşkarlanıb. Gecə saat 01:00 olmağına baxmayaraq obyektin müştərilərə xidmət göstərdiyi və karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub.

Həmin obyekti icarə əsasında işlədən 2000-ci il təvəllüdlü Əbilov Səyid Rəmzi oğlu qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib. Obyektdə olan 7 müştəri – 1996-cı il təvəllüdlü Rəhimova Nərgiz İsmayılı qızı, 1997-ci il təvəllüdlü Məmmədova Aynur Ramiz qızı, 1992-ci il təvəllüdlü Zalışov Yaşar Qoca oğlu, 1995-ci il təvəllüdlü İsmayılov Kənan Hacıbala oğlu, 1996-cı il təvəllüdlü Əliyev Tural Ərəstun oğlu, 2000-ci il təvəllüdlü İsgəndərov Ramiz Nəcəfqulu oğlu və 1986-cı il təvəllüdlü Əlizadə Elvin İsmayıl oğlu xüsusi karantin rejimini pozduqları üçün Abşeron rayon Polis İdarəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 200 manat məbləğində cərimə ediliblər.

Abşeron rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =