Xocavənddə 900 kq-a yaxın narkotik tərkibli bitkilər aşkar edilib

Xocavənddə 900 kq-a yaxın narkotik tərkibli bitkilər aşkar edilib

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Din.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =