Xoş olsun Rəcəb ayında Allahı yad edənlərin halına!
Rəcəb ayının fəziləti ilə bağlı kifayət qədər hədislər oxumuş və ya eşitmişik. Amma Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan aşağıdakı hədisin məzmununa diqqət yetirdikdə, bu bərəkətli, fəzilətli və şərafətli ayın nurani anlarını asanlıqla əldən verməyəcəyik, inşallah! Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَى نَصَبَ فِی السَّمَاءِ السَّابِعَهِ مَلَکاً یُقَالُ لَهُ الدَّاعِی فَإِذَا دَخَلَ شَهْرُ رَجَبٍ یُنَادِی ذَلِکَ الْمَلَکُ کُلَّ لَیْلَهٍ مِنْهُ إِلَى الصَّبَاحِ طُوبَى لِلذَّاکِرِینَ طُوبَى لِلطَّائِعِینَ وَ یَقُولُ اللَّهُ تَعَالَى أَنَا جَلِیسُ مَنْ جَالَسَنِی وَ مُطِیعُ مَنْ أَطَاعَنِی وَ غَافِرُ مَنِ تَغْفَرَنِی الشَّهْرُ شَهْرِی وَ الْعَبْدُ عَبْدِی وَ الرَّحْمَهُ رَحْمَتِی فَمَنْ دَعَانِی فِی هَذَا الشَّهْرِ أَجَبْتُهُ وَ مَنْ سَأَلَنِی أَعْطَیْتُهُ وَ مَنِ اسْتَهْدَانِی هَدَیْتُهُ وَ جَعَلْتُ هَذَا الشَّهْرَ حَبْلًا بَیْنِی وَ بَیْنَ عِبَادِی فَمَنِ اعْتَصَمَ بِهِ وَصَلَ إِلَیَّ. “Allah-Taala 7-ci səmada “Dai” adlı bir mələk qoyub. Rəcəb ayı çatdıqda, həmin mələk hər gecə (ilk axşamdan) sübhə qədər belə nida edər: “Xoş olsun Allahı yad edənlərin halına! Xoş olsun Allaha itaət edənlərin halına! Allah-Taala buyurur: Mən, Mənimlə birgə olanlarla bir yerdəyəm, Mənə itaət edənlərə mütiəm, Məndən bəxşiş istəyənlərə bəxşiş edərəm. Ay, Mənim ayımdır; bəndə, Mənim bəndəmdir; rəhmət, Mənim rəhmətimdir. Hər kim bu ayda Məni səsləsə, cavab verəcəyəm. Məndən bir şey istəsə, əta edəcəyəm. Mədən hidayət istəsə, hidayət edəcəyəm. Bu ayı Özümlə bəndələrim arasında bir kəndir qərar vermişəm, hər kim o kəndirdən yapışsa, Mənə çatacaqdır.”” (“Mustədrəkul-vəsail”, 7-ci cild, səh.535.) Bu şərif hədisdən məlum olduğu kimi, Allah-Taala bu ayda duaları qəbul edir, məğfirət istəyənləri bağışlayır, doğru yol arzusunda olanları doğru yola yönəldir. Görkəmli İslam alimi Molla Möhsin Feyz Kaşani (r.ə) buyurur: “Mükaşifə aləmində Şeytanın yalnız mübarək Ramazan ayında deyil, elə Rəcəb ayından zəncirləndiyini gördüm. Rəcəb ayında tövbə edən bəndələr üçün Şeytan zəncilənər. Bu ayın tövbəsi qalatək bəndəni Şeytandan qoruyar.” Gəlin, bu şərif ayın nurani və fəzilətli anlarını asanlıqla əldən verməyək və Allah-Taaladan istəyək ki, bu aydan tofiqatımızı günü-gündən daha da artırsın, bizi bu ayın bərəkət və fəzilətlərindən bəhrəsiz qoymasın.
Maide.az