XTQ şəhidi gizir Kərim Əliyev

XTQ şəhidi gizir Kərim Əliyev

Əliyev Kərim Məhəmmədəli oğlu 1998-ci ildə Ucarda dünyaya göz açıb. Orta məktəbi bitirib ali məktəbə qəbul olsa da, qəlbindəki hərbi xidmət  sevgisi onu təhsil almaqdan uzaqlaşdırır və Kərim ali təhsildən imtina edərək xidmətə yollanır. 2016-cı ilin oktyabrında həqiqi-hərbi xidmətə çağırılıb. Xidmətdən qayıdandan 2 ay sonra yenidən öz istəyi ilə hərbiyə qayıdır və müddətdən artıq həqiqi-hərbi xidmət hərbi qulluçu kimi fəaliyyətini davam etdirir.

 Nəhayət ki, o gün gəlir. Kərim ən çox sevdiyi peşəyə yiyələnir və artıq o gündən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi fəaliyyətinə davam edir.

Əbəs yerə demədik ki, Əliyevlər hərbçi ailəsi kimi tanınır. Bəli, şəhidin atası Məhəmmədəli kişi özü də 1-ci “Qarabağ müharibəsi”nin iştirakçısı olub, qardaşı Rüstəm hal-hazırda xidmətini davam etdirir, dayısı Müşfiq müəllim isə ehtiyatda olan polkovnikdir. Və nəhayət Kərim özü sadəlövh, vicdanlı, ədalətli bir gənc kimi hər kəsin qəlbində geniş yer qazanmışdı.

Kərim və Kərim kimi mərd oğullarımızın qanı-canı bahasına 30 illik əsarətə son qoyduq, işğaldan azaad olduq. Torpaqlarımızın suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Qələbə bizimdir! “Qarabağ Azərbaycandır!”

Interaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 9 =