Yəhudi haham: Həqiqi yəhudilər Fələstini dəstəkləyir

Natori Karta Partiyasının keçmiş sözçüsü və amerikalı haham Fələstində yəhudi dövlətinin qurulmasına razı olmadıqları və bircə qarış da olsa, fələstinlilərin torpaqlarının yəhudilərin ixtiyarında olmamasını vurğulayaraq deyib: Həqiqi yəhudilər Qəzzə və İordan çayı qərb sahillərindəki fələstinliləri dəstəkləyir.
Əl Aləm telekanalının məlumatına əsasən, Yesrail David Voice telekanala verdiyi müsahibəsində deyib: Sionizm və İsrail Davud ulduzu, Tövrat və yəhudi dinindən öz məqsədləri üçün sui-istfadə edir. Halbuki əksər yəhudilər sionizm təfəkkürü ilə həmişə müxalif olub. Çünki bir dövlətin qurulması düzgün deyil.
Amerikalı haham həmçinin 1948-ci ildən əvvəl yəhudilərlə müsəlman və xristianların Fələstində sülh və əmin-amanlıqda yaşadıqlarını, sionizmdən sonra problemlərin yarandığına işarə edərək vurğulayıb: Müsəlmanlar heç vaxt yəhudilər əleyhinə olmayıblar. Əslində Fələstində dinlərarası problemlər və Fələstin münaqişəsini İsrail yaratdı.
Yəhudi hahamı önəmli bir məsələyə toxunaraq qeyd edib: İsrail ərəblərin yəhudilərə nifrət etdiyini təbliğ və 7 oktyabrda 1200 yəhudini qətlə yetirdiyini iddia edir. Amma İsrailin özünün bu 1200 nəfərin ölümünə səbəb olma ehtimalı da var.