Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var
Fələstinin işğal olunmuş ərazisində Beytləhm şəhərində yəhudi sionist avtobusu fələstinli fəhlələrin üzərinə sürüb.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində bir fələstinli həlak olub, 15 fələstinli isə yaralanıb.
Məlumata görə, hadisə bu gün səhər Beytlahimin şimal girişindəki “300” adlı nəzarət-buraxılış məntəqəsində baş verib.
Sionist sürücü avtobusu nəzarət-buraxılış məntəqəsindən keçmək istəyən fələstinli işçilərin üzərinə qəsdən sürüb. Sosial şəbəkələrdə yayılmış video görüntüdə işğalçı rejimin bu vəhşi hücum nəticəsində yaralanan fələstinlilərə tibbi yardım göstərmədiyi əks olunub.