Yəhya Səri: Amerika və İngiltərə Yəmən ərazisini tərk etməlidir

Yəhya Səri: Amerika və İngiltərə Yəmən ərazisini tərk etməlidir

Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb ki, Böyük Britaniya və ABŞ Yəmən liderinin təhdidlərini ciddi qəbul etməli və bu ölkənin ərazisini tərk etməlidir.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bir daha ABŞ, İngiltərə və təcavüzkar Səudiyyə-Əmirlik ittifaqına ölkə ərazisini tərk etmələri barədə xəbərdarlıq edib.

Ənsarullah xəbər saytı Səriyə istinadən xəbər verir ki, keçirilən təlim son təlim olmayacaq və Yəmən silahlı qüvvələrinin bütün batalyonlarının iştirakı ilə həyata keçirilir.

O bildirib ki, bu təlimin Yəmən xalqına mesajı budur ki, onun ordusu və silahlı qüvvələri istənilən təcavüzə qarşı tam hazırdır.

Təcavüzkar ölkələrə gəlincə, Amerika, Səudiyyə Ərəbistanı və BƏƏ onların başındadır, bu təlimin mesajı budur ki, siz sülhsevərsinizsə, biz də sülhsevərik, ancaq müharibə axtarırsınızsa, biz meydanda olacağıq və döyüşə hazırıq.

Bu təlimdən əvvəl və sonra hər şeyin fərqli olacağını vurğulayan yəmənli komandir əlavə edib: Bütün pilotsuz, raket, hava və quru hərbi birlikləri bu təlimdə iştirak edəcək və bu, istər Ramazanda olsun, istərsə də başqa aylarda, istənilən müharibəyə hazır olduğumuzu elan etməkdir.

Yəmən silahlı qüvvələrinin sözçüsü ABŞ və İngiltərənin son fəaliyyətlərinə də münasibət bildirib:

Amerika və İngiltərə İsrailin iştirakı ilə dəniz təlimi keçirir.

Bu təlimlər yuxarıda qeyd olunan təlimlərə cavabdır. Amerika başa düşməlidir ki, Yəmən liderinin danışıqları sadəcə sözlərdən ibarət deyil, sözlərini əməli olaraq da həyata keçirir.

Ona görə də Amerika və İngiltərəni ölkəmizi tərk etməklə ilə hədələyirsə, onlar bu təhdidləri ciddi qəbul etməlidir.

Çərşənbə günü Yəmən silahlı qüvvələri təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına qarşı müqavimətin 9-cu ildönümü münasibətilə ölkənin bütün hərbi hissələrinin iştirak etdiyi təlim keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 5 =