Yəhya Səri: “Fələstin 2” ultrasəs raketi ilə işğal altındakı Yaffanı hədəf aldıq
Yəmən silahlı qüvvələrinin sözçüsü silahlı qüvvələrin “Fələstin 2” ultrasəs raketi ilə Təl-Əvivdəki hərbi mövqenin hədəf aldındığından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Yəhya Səri bu gün (17 dekabr) Yəmən qüvvələrinin sionist rejimə qarşı yeni hücumu ilə bağlı açıqlama verərkən deyib: Hava qüvvələri “Fələstin 2” ultrasəs ballistik raketi ilə işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) İsrail düşməninin hərbi mövqeyini vurdu. Bu əməliyyat Fələstinin məzlum xalqına kömək məqsədilə və onlara qarşı ardıcıl cinayətlərə cavab olaraq tədbirlərin gücləndirilməsinin beşinci addımı ünvanında həyata keçirilib.
Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: Biz hərbi əməliyyatlarımızı davam etdiririk və işğal olunmuş ərazilərdə İsrail düşməninin bütün hədəflərinə hücum edəcəyik. Əməliyyatımız yalnız Qəzzaya təcavüzün dayandırılması və mühasirənin götürülməsi ilə dayandırılacaq.