Yəmənə qarşı 8 illik təcavüz nəticəsində 48 mindən çox insan şəhid olub və yaralanıb

Yəmənə qarşı 8 illik təcavüz nəticəsində 48 mindən çox insan şəhid olub və yaralanıb

İnsan haqları mərkəzi Səudiyyə koalisiyasının Yəmənə qarşı 8 illik təcavüzü zamanı bu ölkənin 48 mindən çox vətəndaşının şəhid olduğunu və ya yaralandığını açıqlayıb.

Mehr xəbər agentliyinin Əl-Məsirəyə istinadən verdiyi məlumata görə, “Əyn” İnsan Haqları Mərkəzi son səkkiz ildə təcavüzkar Səudiyyə koalisiyasının Yəmənə qarşı hücumları zamanı ən azı 1265 məktəb və təhsil mərkəzi, həmçinin 11350 kənd təsərrüfatı sahəsi, 141 idman kompleksi və 258 tarixi abidənin dağıdıldığını açıqlayıb.

Bu hesabata əsasən, bu səkkiz il ərzində 603 mindən çox yaşayış evi və 417 xəstəxana, 1000-dən çox ərzaq anbarı və 427 yanacaqdoldurma məntəqəsi hədəfə alınıb.

Səkkiz il ərzində yəmənli qadınlar arasında şəhid olaların sayının 2450-dən çox və yaralıların isə 3000-ə yaxın olduğu bildirilir.

Bu hesabatın davamında Səudiyyə koalisiyasının təcavüzü nəticəsində Yəmənli kişilər arasında 11 min 600-dən çox şəhid və 22 min 400 yaralı olduğu vurğulanır.

Son 8 ildə 4000-dən çox uşaq şəhid olub və onlardan 5000-ə yaxını yaralanıb.

Bu dövrdə şəhid və yaralananların sayı 50 min nəfərə yaxın olub, belə ki, ən azı 18 min insan şəhid olub, 30 mindən çox insan isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − five =