Yəmən Ənsarullahının lideri: Yəmən xalqının 2011-ci il sentyabrın 21-də əldə etdiyi qələbə Amerika üçün ikiqat məğlubiyyət idi

Yəmən Ənsarullahının lideri: Yəmən xalqının 2011-ci il sentyabrın 21-də əldə etdiyi qələbə Amerika üçün ikiqat məğlubiyyət idi

Yəmən Ənsarullahının lideri 21 sentyabr Yəmən xalqının tarixi qələbəsinin ildönümü münasibətilə etdiyi çıxışda 2011-ci ildə baş verən bu hadisənin Amerikanın ikiqat məğlubiyyətinə səbəb olduğunu deyib. Çünki Vaşinqtonun bundan öz xeyrinə heç bir fayda əldə edə bilmədi.

Yəmən Ənsarullahının lideri Əbdülməlik Bədrəddin Əl-Husi Əl-Məsirə şəbəkəsi tərəfindən yayımlanan bu çıxışında vurğulayıb: Təcavüzkar koalisiyanın müdaxiləsi o həddə çatıb ki, işğal olunmuş ərazilərdəki hökumətin formalaşması və nazirlərin təyinatı bu koalisiyanın iradəsi ilə həyata keçirilir.

Əl-Husi əlavə edib ki, hətta rəhbərlik şurası da amerikalılar və səudiyyəlilər tərəfindən seçilib.

Yəmənin Ənsarullah lideri uzun çıxışının davamında deyib:

Fars Körfəzi Əməkdaşlıq Şurasının təşəbbüsü əslində Əməkdaşlıq Şurası adı ilə təqdim edilən ABŞ-ın tələbləri ilə eyni və o zaman Amerika səfirinin birbaşa nəzarəti altında idi.

O vurğulayıb: On ölkənin ölkəmizə qarşı qəyyumluğu əslində Amerika hökumətinin himayəsi idi və əslində Yəmənə hakim olan Amerika səfiri idi.

Onun sözlərinə görə, amerikalılar xalqın müstəqilliyini əlindən almağa, dolayısı ilə və müharibə olmadan ölkəmizi nəzarətə götürməyə çalışıblar.

Yəmən Ənsarullahının rəhbəri o dövrün şərtləri ilə bağlı deyib: Amerika Yəməndə təfriqə yaratmağa çalışdı vəbu iş hər hansı bir ad altında həyata keçirilirdi ki, Yəmən xalqı öz şəxsiyyət və həmrəyliyini itirsin və Amerikanın bu torpaqda hökmranlıq və işğalına tamamilə zəmin yaratsın.

Əbdülmülək Bədrəddinin nəzərincə, Yəmən inqilabının qələbəsi və inqilabçıların (Ənsarullah) varlığı Amerikanın yenidən hökmranlığı üçün planlaşdırılan siyasətlərin qarşısını aldı və bu, Yəmənə qarşı təcavüzün başlanğıcı oldu.

O vurğulayıb: Minlərlə yəmənli uşaq və mülki vətəndaş ölkənin müxtəlif bölgələrində və müxtəlif hallarda Amerikanın bombaları nəticəsində həlak olub.

Ənsarullahın lideri çıxışının başqa bir hissəsində elan edib: Təcavüzkar koalisiya Yəmənin bütün infrastrukturlarını və hətta məhkəmələri, həbsxanaları və qəbiristanlıqları hədəfə alıb.

O, qeyd edib ki, işğalçı koalisiyanın işğal olunmuş ərazilərdəki fəaliyyətinə əsasən, əgər bu koalisiya ölkənin qalan hissəsini işğal etməyə nail olsa, bu ərazilərdə əhalinin çoxluğunu nəzərə alaraq, indiki vəziyyətdən daha pis tədbirlər görəcək. Amma Allah xalqımıza düşmənlərlə mübarizədə və qələbə qazanmaqda sabitlik və həmrəylik bəxş edib.

8 il davam edən müharibədən, ölkənin böyük bir hissəsinin işğalından və hərtərəfli mühasirədən sonra biz indi müvəqqəti atəşkəs vəziyyətindəyik.

Yəmənin Ənsarullah liderinin nəzərincə, bu inqilabın ilk nailiyyəti Yəmən millətinin dini kimliyini müdafiə etməkdir, çünki düşmənlər millətimizin kimliksiz və dəyərsiz qalmasını istəyirdilər ki, gələcəkdə ona hakim ola bilsinlər.

Əl-Husi deyib: Hərbi sənaye inqilabın ən mühüm nailiyyətlərindən biridir, bu, ölkənin fəxr etdiyi böyük nailiyyətdir, bu gün Koltdan tutmuş Kalaşnikova, toplar, raketlər və pilotsuz təyyarələr Yəməndə müxtəlif çeşidlərdə istehsal olunur.

Bu xüsusda o, əlavə edib: Bu gün Yəmən quru qoşunları üçün orta səviyyəli silahlardan tutmuş inkişaf etmiş və hətta uzaqmənzilli silahlara qədər hər cür silah istehsal edir. Bu gün biz bir çox ölkənin istehsal edə bilmədiyi silahları istehsal edirik.

Yəmən Ənsarullahının lideri xüsusilə Fələstin məsələsində xalqın yanaşmasını və prinsipial mövqelərini qoruyub saxlamağı Yəmən inqilabının ən mühüm nailiyyətlərindən biri olduğunu elan edib və vurğulayıb:

Amerikalıların, ingilislərin və onların müttəfiqlərinin bölgədə əldə etməyə çalışdıqları şey bölgədə İsraillə açıq birləşməyə doğru böyük dəyişiklik yaratmaqdır.

Bu çərçivədə Yəməndəki Amerika agentləri həyasızcasına İsraillə münasibətlərin normallaşması istiqamətində irəliləyirlər, lakin Yəmən inqilabı anti-kompromis mövqelərinin qorunub saxlanmasında böyük rol oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 19 =