Yəmən: 2021-ci il üçün planlarımız düşmənə sürpriz olacaq!

Yəmən: 2021-ci il üçün planlarımız düşmənə sürpriz olacaq!

Yəmən ordusunun kəşfiyyat xidmətinin başçısı Yəmən ordusunun 2021-ci il üçün planlarının düşmən üçün “sürpriz” olacağını bildirib.Yəmən hərbi kəşfiyyat heyətinin başçısı general Abdullah Yəhya əl-Hakim bildirib: “2020-ci ildə Səudiyyə koalisiyası təcavüzkarlarına qarşı mübarizədə böyük nailiyyətlər əldə etdik. Yəmən ordusunun 2021-ci il üçün düşmənə qarşı daha geniş planları var. Bu planlarımız təcavüzkarlar üçün “sürpriz” olacaq.”

Abdullah əl-Hakim əlavə edib: “Son bir il ərzində bütün cəbhələrdə müsbət nəticələr əldə edilib və düşməni izləyərək onların əməliyyat otaqlarına nüfuz edə bildik. 2020-ci ildə şimal, şərq və qərb bölgələrində böyük nailiyyətlər əldə etdik.”

Yəmən Milli Qurtuluş Hökumətinin kəşfiyyat heyətinin rəhbəri dünən sionist rejimə də xəbərdarlıq edərək deyib: “İsrail xəbərdarlıqlarımızı ciddi qəbul etməli və xoşagəlməz nəticələrə səbəb olacaq, onlar üçün xoş sonluqla bitməyəcək sərgüzəştlər ardınca olmamalıdır!”

Islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 12 =