Yəmən 3 əməliyyatla işğal altındakı Fələstinin şimal və cənubuna pilotsuz təyyarələrlə hücum edib
Yəmən silahlı qüvvələrinin sözçüsü İraqın İslami müqavimət ilə birlikdə son 48 saat ərzində sionist rejimə qarşı üç əməliyyat keçirilməsindən xəbər verib..
Əl Aləm telekanalının məlumatına əsasən, Yəhya Səri bu gün (3 dekabr) deyib: 2 əməliyyatda Fələstinin şimalında çoxlu sayda pilotsuz uçuş aparatları ilə İsrail rejiminə aid iki hədəfi, üçüncü əməliyyatda isə işğal altında olan Eylat limanında (Ummur Rəşaraş) həyati mövqeyinə hücumlar baş tutub. İşğal altındakı Fələstinin cənubunda da bir neçə PUA vurulub.
Yəhya Səri vurğulayıb: Bu üç əməliyyat sionist düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab olaraq Fələstin xalqı və onun mücahidlərinin zülmünə dəstək məqsədilə həyata keçirilib.
Yəmən ordusunun sözçüsü həmçinin bu əməliyyatların işğalçı rejimin Fələstin xalqına qarşı müharibəsi və Qəzzanın blokadası bitənə qədər davam edəcəyini də qeyd edib.