Yəmən ABŞ esminesini və üç hərbi gəmisini vurub

Yəmən ABŞ esminesini və üç hərbi gəmisini vurub

Yəmən Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı və raket qüvvələri Fələstinə dəstək və Yəmənin müdafiəsi məqsədilə Ərəbistan dənizi və Ədən körfəzindəki ABŞ hərbi gəmilərini vurub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Seri bu axşam verdiyi açıqlamada, Yəmən Silahlı Qüvvələrinin Fələstin xalqına və onun müqavimətinə dəstək olmaq, İsrailin törətdiyi cinayətlərə cavab vermək üçün Ərəb dənizinə doğru hərəkət etdiyini bildirib. Qəzza zolağına və Yəmənə qarşı Amerika-İngiltərə təcavüzünə cavab vermək və Ədən körfəzində bir ABŞ esminesini və üç ABŞ təchizat gəmisini hədəf aldığını açıqlayıb.

Yəhya Seri Yəmən Silahlı Qüvvələrinin raket və pilotsuz uçuş aparat qüvvələri tərəfindən həyata keçirilən yüksək səviyyəli hərbi əməliyyatda ABŞ ordusuna məxsus “Stena Qüsursuz”, “Maersk Saratoga” və “Liberty Grace” gəmilərinin, həmçinin bir Amerika esminesinin hədəf alındığını bildirib.

Açıqlamada həm Ərəbistan dənizi, həm də Ədən körfəzində dəqiq zərbələr endirilən çoxşaxəli əməliyyatda 16 ballistik raket, qanadlı raket və bir pilotsuz uçuş aparatından istifadə edildiyi bildirilib.

Yəhya Seri həmçinin vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri İsrail və Amerikaya qarşı elan edilən dəniz əməliyyatı zonasında hərbi əməliyyatlarını artan templə davam etdirəcək. Yəmən rəsmisi Qəzzaya hücum bitənə və blokada götürülənə qədər dayanmayacaqlarını da vurğulayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri bu gün səhər saatlarında verdiyi açıqlamada , Yəmən Silahlı Qüvvələrinin raket qüvvələrinin “Fələstin 2” tipli hipersəs raketi ilə işğal altındakı Yaffa bölgəsində həyati əhəmiyyətli bir bölgəni hədəf alan əməliyyat keçirdiyini bildirib.

Yəhya Səri də bu əməliyyatın uğurla keçdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =