Yəmən: ABŞ-ın “USS Eisenhower” aviadaşıyıcı gəmisini vurduq

Yəmən: ABŞ-ın “USS Eisenhower” aviadaşıyıcı gəmisini vurduq

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Amerikanın “USS Eisenhower” aviadaşıyıcı gəmisini hədəfə aldıqlarından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Yəhya Səri bu gün (2 iyun) deyib: Qırmızı dəniz sularında Amerikanın “USS Eisenhower” aviadaşıyıcı gəmisini hədəfə aldıq.

Yəhya Səri həmçinin ötən gecə ABŞ və İngiltərənin Əl Hədidəyə hücumları nəticəsində 16 nəfər şəhid və 41 nəfər yaralı verdiklərini də qeyd edib.

Qeyd edək ki, CENTCOM da bu barədə məlumat yayaraq elan edib: Yəmənin “Ənsar Allah”ı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinə iki gəmi əleyhinə raket atıb, onlar zərərsizləşdirilib.

“Saat 19:00-dan 23:30-a qədər CENTCOM qüvvələri Qırmızı dənizin cənubunda iki gəmi əleyhinə ballistik raketi uğurla vurub. Raketlər “USS Gravely”yə doğru atılıb və özünümüdafiə məqsədilə məhv edilib”, – məlumatda deyilir.

Bundan əvvəl “Al Məsirə” telekanalı üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına son sutkada iki dəfə hücum etdiyini elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 3 =