Yəmən Ali Siyasi Şurasının sədri: Təcavüzkar ölkələr aramlıq üzü görməməlidir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Yəmən Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşşat hərbi sahə də daxil olmaqla bütün sahələrdə şəraitin təcavüzkar düşmənin nikbin ola bilməyəcəyi bir vəziyyətdə olmasının zəruriliyini söylədi.
Əl-Məşşat Çərşənbə axşamı Yəmən dövlət qurumları rəhbərləri ilə qurumların qüdrətinin artırılması və koordinasiya mövzusunda keçirilən toplantıda Yəmən xalqının tələblərini dəstəkləməyin böyük bir məsuliyyət olduğunu açıqladı.
Yəmən Ali Siyasi Şurasının rəhbəri: “Səudiyyəlilər Yəmənə nisbətdə nikbin olmaq yerinə sülh və humanitar məsələlərə məsələyə yanaşmalıdırlar. Təcavüzkar ölkələr aramlıq üzü görməməlidir.” – deyə bildirib.
Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi bu həftə BƏƏ mediasına verdiyi müsahibədə Yəməndə atəşkəsə yaxın olduqlarını iddia etdi.
BMT-nin Yəməndəki xüsusi elçisi Martin Griffiths-in ölkədəki atəşkəslə bağlı apardığı məsləhətləşmələrin və danışıqların nəticə verdiyini iddia edən Abdullah Muəllimi qısa müddətdə Yəməndə hərtərəfli bir atəşkəsin hökm sürəcəyini iddia etdi.