Yəmən Ben Qurion hava limanını hipersəs raketi ilə vurub

Yəmən Ben Qurion hava limanını hipersəs raketi ilə vurub

Yəmən Silahlı Qüvvələri İsrailin strateji hədəflərinə genişmiqyaslı hücumlar həyata keçirdiklərini açıqlayıb. Ən diqqət çəkən əməliyyat Təl-Əvivdəki Ben Qurion hava limanına hipersonik ballistik raket hücumu olub.

Yəmən Silahlı Qüvvələri İsrailə aid strateji hədəflərə silsilə hücumlar həyata keçirdiklərini açıqlayıb.

Əl-Mayadin -ə görə , “əməliyyatların ən diqqət çəkəni Təl-Əvivdəki Ben Qurion hava limanına hipersonik ballistik raketlə hücum olub”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bazar günü verdiyi açıqlamada, İsrailin işğal etdiyi Yaffa bölgəsindəki Ben Qurion hava limanının hədəfə alındığını bildirib.

Seri, “Raket qüvvələrimiz tərəfindən həyata keçirilən bu ixtisaslı hərbi əməliyyat hipersəs ballistik raketlə uğurla tamamlandı və hava limanı əməliyyatları dayandı. Milyonlarla sionist sığınacaqlara qaçmaq məcburiyyətində qaldı” dedi.

Hücum təkcə raketlərlə məhdudlaşmırdı.

Yəmənin bəyanatına görə, onun İHA (pilotsuz uçuş aparatı) bölməsi də aktiv idi.

Briqada generalı Seri, “Yəmən Silahlı Qüvvələrinin İHA qüvvələri işğal altındakı Fələstin ərazisi Yaffa, Aşdod və Umm ər-Rəşraşda İsrailin üç kritik hədəfinə qarşı üç ayrı pilotsuz təyyarə əməliyyatı həyata keçirib” dedi.

Seri, Yəmənin Ben Qurion hava limanında hava hərəkətini qismən dayandırdığını iddia edərək, yaxın gələcəkdə tam uçuş qadağası qoymağı hədəflədiklərini bildirib.

“Allahın köməyi ilə Ben Qurion hava limanında tam hava məkanı qadağası tətbiq etməyə hazırlaşırıq. Hələ də bu qadağaya əməl etməyən aviaşirkətlər sərnişinlərinin və təyyarələrinin təhlükəsizliyini nəzərə alaraq lazımi tədbirləri görməlidirlər” dedi.

Yəmən Silahlı Qüvvələri daha əvvəl mayın 29-da Ben Qurion hava limanını hipersəs ballistik raketlə hədəfə aldıqlarını açıqlamışdı.

Mayın əvvəlində Yəmən hökuməti İsrailə qarşı hərtərəfli hava blokadası elan edib.

Bu qərar İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirmək üçün atdığı addımlara cavab olaraq qəbul edilib.

Yəmən bu çərçivədə dəfələrlə İsrail hava limanlarını hədəf aldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + ten =