Yəmən bir daha Qırmızı dənizdə uğurlu hücum həyata keçirdi

Yəmən bir daha Qırmızı dənizdə uğurlu hücum həyata keçirdi

 Centcom Ənsarullah hərəkatı qüvvələrinin Qırmızı dənizdə bir gəmiyə etdikləri dron hücumunu təsdiqləyib.

Əl ALəm telekanalının məlumatına əsasən, Amerika Mərkəzi Komandanlığı (CENTCOM) bu gün (17 iyun) Yəmən silahlı qüvvələrinin bir Yunan gəmisinə dron hücumundan xəbər verib.

Wall Street Journalın məlumatına görə, bu hücum nəticəsində gəminin idarəetmə otağının su altında qalıb.

Centcom iddia edib ki, indiyə qədər bir neçə dəniz partlayıcı qurğusu və Ənsarullah qüvvələrinin PUA-sı məhv edilib.

Xatırladaq ki, dünən (16 iyun) də Yəmən Ənsarullah Hərəkatının qüvvələri Qırmızı dənizdə ABŞ esminesini bir neçə ballistik raketlə vurmuşdu. SQ-nin sözçüsü Yəhya Səri “Happy Condor” gəmisinə edilən hücumun bir neçə pilotsuz təyyarə ilə həyata keçirildiyinə işarə edərək demişdi ki, bu əməliyyatlarda məqsədimizə çatdıq və biz Yəmən millətinə yardım etməyə və ABŞ və İngiltərənin təcavüzünə cavab verməyə davam edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 1 =