Yəmən bir neçə İngilis casusunu mühakimə etdi

Yəmən bir neçə İngilis casusunu mühakimə etdi

Sizinyol.com xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyi (Səba), bazar ertəsi Sənada hakim Məhəmməd Muflihin sədrliyi ilə keçirilən ilkin məhkəmədə bir sıra İngilis kəşfiyyat xidməti agentlərinin casusluq və təxribat fəaliyyəti ilə əlaqəli 537 saylı cinayət işinə baxıldığını bildirib.

Məlumata görə, bu şəxslər Yəmənin müxtəlif əyalətlərində birbaşa casusların cəlb olunması və təlimi işiylə məşğul olublar.

Məlumatda İngilis kəşfiyyat xidmətinin bu şəxslərdən istifadə edərək və onları rabitə qurğuları, yüksək texnologiyalı izləmə, kəşfiyyat cihazları və proqramları ilə təchiz edərək, Yəmən torpağında casusluq və təxribat əməlləri törətdikləri bildirilir.

“Səba” ayrıca, cəsusların dəmir barmaqlıqlar arasında saxlandığı məhkəmə iclasının görüntülərini yayımlayaraq, bu şəxslərin fəaliyyətlərinin Səna, İmran, Sədə, Əl-Covf, Mərib, Əl-Məhra və Həzrəmövt vilayətlərində də reallaşdığını qeyd edib.

Bundan öncə Yəmənin Əl-Məsirə telekanalı, 21 sentyabr inqilabından əvvəl Yəməndə İngilis-Amerika müdaxiləsinin bir hissəsini ifşa edən gizli sənədlər yayımlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + eight =