Yəmən: Colani niyə İsrailin bombardmanını qınamır?

Yəmən: Colani niyə İsrailin bombardmanını qınamır?

Ənsarullah siyasi bürosunun üzvü Hisam Əsəd Suriyadakı silahlı qrupların İsrailin Suriyadakı hücumlarını pisləməkdən niyə çəkindiyini soruşub.

Ənsarullah hərəkatının aparıcı simalarından biri Suriyadakı silahlı qrupların İsrailin Suriya torpaqlarını işğal etməsinə və hərbi infrastruktura intensiv hücumlarına məhəl qoymamasının səbəbini açıqlayıb.

Hərəkatın siyasi bürosunun üzvü Hizam Əsəd sosial media hesabındakı paylaşımında məsələ ilə bağlı aşağıdakı açıqlamaları verib:

“İsrailin maliyyə nazirinin Suriyadakı son hadisələrin arxasında İsrailin olduğunu etiraf etməsi (Əbu Məhəmməd) əl-Colaninin təşkilatının İsrailin Suriyanı bombalamasını və işğalını pisləməkdən niyə çəkindiyini açıq şəkildə ortaya qoyur”.

İsrailin maliyyə naziri Bezazel Smotriç açıq şəkildə etiraf edib ki, Suriya prezidenti Bəşər Əsəd hökumətini devirmək və Dəməşqin silahlı qruplaşmaların nəzarətinə keçmək planlarını İsrail rejiminin özü dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + seven =