Yəmən: Danışıqlar uğursuz olarsa, həlledici döyüşə girəcəyik

Yəmən: Danışıqlar uğursuz olarsa, həlledici döyüşə girəcəyik

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü vurğulayıb ki, danışıqlar uğursuz olarsa, hərbi hücumlara son qoyulması və blokadanın aradan qaldırılması üçün həlledici döyüş başlayacaq.

Mehr Xəbər Agentliyinin Əl-Məyadinə istinadən verdiyi məlumata görə, bu barədə Ənsarullah hərəkatının siyasi ofisinin nümayəndəsi Məhəmməd Əl-Bəxiti bildirib.

Ər-Riyadla hazırkı danışıqlar nəticə verməsə, bu hərəkat təcavüzkar Səudiyyə koalisiyasının hücumlarına son qoyacaq və Yəmənin dəniz, quru və hava keçidlərinin blokadasını ləğv edəcək.

O, əlavə edib: “Danışıqlar uğur qazanmaya bilər və biz təcavüzə son qoymaq üçün qaçılmaz olaraq həlledici döyüşə girəcəyik.”

Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü hələ də Səudiyyə koalisiyasıının tərəfində olan Yəmən partiyalarına Ənsarullahın sıralarına qoşulmağı tövsiyə edib ki, bu döyüşün taleyini tezliklə həll edə bilsinlər.

O, həmçinin Yəmən əyalətlərində Amerika və İngiltərə qüvvələrinin mövcudluğuna işarə edərək, bunun Səudiyyə koalisiyasının əməliyyatının davamı olduğunu bildirib.

Dünən Ali Siyasi Şuranın rəhbəri Mehdi Əl-Məşat açıqlamasında

Yəmən xalqının torpaqlarından bir zərrə belə keçməyəcəyini və Amerikanın və ya digər ölkələrin Yəməndə hər hansı hərbi varlığının müvəqqəti işğal olduğunu vurğulayıb.

Onların ölkəni könüllü və ya zorla tərk edəcəklərini açıqlayıb.

Bu arada, Amerikanın Yəmənin istefa vermiş hökumətindəki səfiri Stiven Faqen ötən cümə günü ABŞ-ın beşinci donanmasının komandiri Bred Kuper və bir sıra digər hərbi qulluqçularla birlikdə Əl-Mohrə vilayətinə daxil olub. Təcavüzkar koalisiyasının təyin etdiyi qubernator Məhəmməd Əli Yasir Əl-Mohrədə toplantı keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − eleven =