Yəmən: Ədən körfəzində 4 Amerika və İsrail gəmisini hədəf aldıq

Yəmən: Ədən körfəzində 4 Amerika və İsrail gəmisini hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü sionist rejim və ABŞ-ın gəmilərinə çoxsaylı hücumlardan xəbər verib.

Mehr Xəbər Agentliyinin Əl-Məsirə-yə istinadən verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkənin hərbi dəniz qüvvələrinin bu səhər 4 hərbi əməliyyatda Ədən körfəzində Amerika və sionist gəmilərini hədəf aldığını açıqlayıb.

Yəhya Səri çərşənbə günü verdiyi açıqlamada bildirib: İlk hücumda “M.S. C. Darvin” və Sionist rejimin “M.S. Sigina” adlı iki gəmi Ədən körfəzində hədəfə alınıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü Amerikanın Marsk Yorktown gəmisinin Ədən körfəzində ikinci əməliyyatda Yəmən qüvvələrinin hədəfinə çevrildiyini açıqlayıb.

Bu açıqlamaya əsasən, Yəmən qüvvələrinin Ədən körfəzindəki hücumlarının davamında bir Amerika döyüş gəmisi Yəmən pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb.

Sonda Yəhya Səri dördüncü əməliyyatda bir neçə gəminin müvafiq raket və pilotsuz təyyarələrlə hədəf alındığını bildirib.

Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb: Qəzzaya hücum və onun mühasirəsinə son qoyulmayana qədər biz Qırmızı dəniz, Ərəbistan dənizi və Hind okeanında İsrail gəmiçiliyinin qarşısını almağa davam edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + eleven =