Yəmən Ənsarullah Hərəkatı sionist rejim başçılarının mühakimə olunmasını tələb etdi

Yəmən Ənsarullah Hərəkatı sionist rejim başçılarının mühakimə olunmasını tələb etdi

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi sionist rejimin Qəzzə zolağında törətdiyi yeni cinayəti pisləyib və bu cinayətkar rejimin başçılarının mühakimə olunmasını və təqib edilməsini tələb edib.

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi bəyanat yayaraq, sionist rejimin sonuncu olaraq Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsində və Şati düşərgəsində törətdiyi
vəhşicəsinə qətllərini qəti şəkildə pisləyib.

Bu bəyanatda bildirilir ki, düşmən müqavimət liderlərini hədəfə almaq iddiaları ilə bu qəddar cinayətləri ört-basdır edə bilməz.

Ənsarullah həmçinin Fələstin xalqı və onun müqaviməti ilə həmrəylik ifadə edib, özünümüdafiə üçün müxtəlif vasitələrdən istifadə etməklə müqavimət göstərməyin qanuni hüququnu vurğulayıb.

Hərəkat bir daha sionist rejimin başçılarının hərbi cinayətkar kimi mühakimə və təqib olunmasını tələb edib.

Ənsarullah bəyanatda əlavə edib: “Silsilə cinayətlər, qətllər və köçkünlüklər Amerikanın birbaşa dəstəyi ilə baş verir, digər tərəfdən dünya və beynəlxalq ictimaiyyət də öz məsuliyyətindən qaçır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =