Yəmən Ənsarullahı və Putinin nümayəndəsi arasında görüş baş tutub – Ətraflı

Yəmən Ənsarullahı və Putinin nümayəndəsi arasında görüş baş tutub – Ətraflı

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb.

Əbdüssalam verdiyi yazılı açıqlamada, görüş zamanı İsrailin 7 oktyabrda Qəzzaya başlatdığı hücumları və Amerika-İngiltərənin Yəmənə qarşı hücumlarını dayandırmaq üçün nələrin edilməsi lazım olduğunu müzakirə etdiklərini bildirib.

Abdussalam, həmçinin Ənsarullahın “Qırmızı dənizdəki əməliyyatları” haqqında Boqdanovu məlumatlandıraraq, bunun beynəlxalq naviqasiya üçün təhlükə və ya kimisə hədəfə alma demək olmadığını, bunun Fələstin xalqına dəstək vermək və ABŞ və İngiltərədəki hücumlarına cavab olaraq həyata keçirildiyini qeyd edib.

Bu yaxınlarda rusiyalı strateq Duqin Telegram kanalında verdiyi açıqlamada deyib: “Rusiyanın Hizbullah və Husilərə ciddi silahlar verməyə başlamasının vaxtı çoxdan çatıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + four =