Yəmən Həmkarlar İttifaqı: Birləşmiş Millətlər Təşkilatının susqunluğu Yəmən təcavüzkarlarını dəstəkləmək deməkdir

Yəmən Həmkarlar İttifaqı: Birləşmiş Millətlər Təşkilatının susqunluğu Yəmən təcavüzkarlarını dəstəkləmək deməkdir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Yəmən Həmkarlar İttifaqı çərşənbə günü verdiyi açıqlamada yanacaq daşıyan gəmilərin koalisiya qüvvələri tərəfindən ələ keçirilməsinin davam etməsində Birləşmiş Millətlər Təşkilatını müqəssir hesab edib. Bunu Yəmən xalqının mühasirəsində səssizlik və təcavüzkarlara dəstək kimi xarakterizə edib.

Yəmən Həmkarlar İttifaqı: “Təcavüzkar koalisiyanın piratlığı milyonlarla yəmənlinin hüquqlarının kobud şəkildə pozulmasıdır.” – deyib.

Yəmən Həmkarlar İttifaqı BMT-nin və təcavüzkar koalisiyaya üzv dövlətlərin Yəməndəki bütün humanitar və ekoloji cinayətlərdən məsul olduğunu da bildirdi. Yəmən Neft Şirkəti ölkədəki neft tankerlərinin ələ keçirilməsinin davam etməsinin nəticələri ilə bağlı Ərəb koalisiyası və BMT-ni günahlandırdı və koalisiyanın fəaliyyətini dəniz quldurluğu adlandırdı.

Bu vəziyyətin davam etməsinin Yəmənin səhiyyə, su, rabitə, nəqliyyat, elektrik və kənd təsərrüfatı kimi bütün həyati sahələri üçün fəlakətli nəticələrə səbəb olacağını vurğuladı.

Bu baxımdan, Yəmən Milli Qurtuluş Hökumətinin Səhiyyə Nazirliyi bu yaxınlarda ölkədəki sağlamlıq vəziyyətinin pisləşməsi barədə xəbərdarlıq etmişdi. Səudiyyə koalisiyası Yəməni beş ilən artıqdır ki, mühasirədə qaldığı və xalqının ən pis yaşayış şəraitində olduğu müddətdə Yəmən neft tankerlərinin girişinə icazə vermir.

Milyonlarla Yəmənli aclıq həddindədir və Birləşmiş Millətlər Təşkilatına görə, Yəmən dünyanın ən pis humanitar böhranlarını yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − three =