Yəmən: İranla əməkdaşlığımızdan qürur duyuruq

Yəmən: İranla əməkdaşlığımızdan qürur duyuruq

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən rəsmisi ölkəsinin İranla ikitərəfli əlaqələri və əməkdaşlığı ilə qürur duyduğunu söyləyib.

Yəmən Milli Qurtuluş Hökumətinin Məlumat nazirinin müşaviri Tovfiq Humeyri İran Silahlı Qüvvələrinin nümayəndəsinin müdafiə texnologiyalarının Yəmənə təhvil verilməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

O qeyd edib ki, İran-Yəmən münasibətləri köklüdür və Tehran bu münasibətləri inkar etmir: “İran İslam Respublikası ilə münasibətlərimizdən və ikitərəfli əməkdaşlığımızdan qürur duyuruq. Yəmənin 1979-cu ildə İran İslam İnqilabını tanıyan ilk ölkədir. Silahlarımızı özümüz hazırlayırıq və bu silahlar yəmənlilərin xüsusi dizaynı ilə istehsal olunur. Digər ölkələrin bu sahədəki təcrübələrindən faydalanmaq təbiidir və bu beynəlxalq hüquqa zidd deyil. Yəmən ilə İran İslam Respublikası arasında 2000-ci ildə artıq müqavilələr imzalanıb və səhiyyə, hərbi, təhlükəsizlik və iqtisadiyyat sahələrində bu günə qədər davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 10 =