Yəmən işğal etdiyi ərazilərə hansı raketlə hücum etdi?
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu raket hücumu ilə bağlı deyib: Hücumumuz yeni hipersəs ballistik raketlə həyata keçirilib. Bu raket 2040 kilometr məsafəni 11,5 dəqiqədə qət edib. 2 milyondan çox sionist düşmən tarixində ilk dəfə olaraq sığınacaqlara qaçmağa məcbur olub. Bu raket işğal altındakı Fələstinin Yaffa bölgəsindəki mühüm hədəfi vurub.
Təxminən iki ay əvvəl Yəmən müqaviməti “Fələstin” adlı sonuncu raketini nümayiş etdirmişdi. 1800 km mənzilli bu raket uçuşun son mərhələsində daha yüksək sürət potensialı ilə sionist rejimin Arrow və Flakhan Daoud kimi əsas müdafiə sistemlərini yarmağa qadirdir. Ona görə də belə görünür ki, bu gün atılan raket 200 kilometrdən uzaq mənzilli, sionistlərin və onların regiondakı müttəfiqlərinin bütün müdafiə sistemlərindən keçə bilən daha mükəmməl tipdir.
Qərbi Asiya məsələləri üzrə ekspert və analitik Seyid Rza Sədr Əl Hüseyni də Fars müxbirinə Yəmənin sionist rejimə qarşı hücumunun təfərrüatları barədə deyib: Yəmənin radardan yayınan “Fələstin-2” adlı raketi 1-dən çox mənzil potensialı olan bu ballistik raket bu gün (15 sentyabr) səhər saat 6:15-də sionist rejimin işğal etdiyi ərazilərinə zərbələr endirib və Təl-Əvivdən təxminən 6-8 kilometr aralıda yerləşən ərazidə Təl-Əviv-Qüds dəmir yolunu vurub. Nəticədə çoxlu sayda paytaxt ətrafındakı qəsəbələrin sakinlərini sığınacaqlarda gizlənməyə məcbur edib.
Seyid Rza Hüseyni vurğulayıb: Bu uğurlu raket əməliyyatında sionist rejim və onun qərbli havadarlarının son dərəcə təkmil müdafiələrindən heç biri bu raketi müəyyən edə bilməyib. Bu da əlamətdar olan çox mühüm məqamlardan biridir. Yəmən Milli Ordusunun imkanları və sionist rejimə qarşı yeni silahın nümayişi Qəzzə xalqına dəstək olmaqdır.