Yəmən İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər

Yəmən İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər

Yəmənin şimalında hakim olan hərbi-siyasi “Ənsar Allah” hərəkatı (husilər) ilk dəfə İsrailin şimalındakı Ramat David hərbi aviabazasına raket hücumu ediblər.

“Report” xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin məlumatında bildirilib.

“Biz işğal olunmuş Hayfanın şərqində yerləşən Ramat-David aviabazasına qarşı hərbi əməliyyat həyata keçirdik. Əməliyyat “Fələstin-2″ hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb. Düşmənin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =