Yəmən İsrailin Müharibə Nazirliyinin binasını vurdu

Yəmən İsrailin Müharibə Nazirliyinin binasını vurdu

“Ənsar Allah” hərəkatı ballistik raketlə İsrailin Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasına hücum edib.

Musavat.com xəbər verir ki, bunu qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya bildirib.

“Raket qüvvələri işğal altında olan Yaffa bölgəsində İsrailin Müdafiə Nazirliyinə məxsus binaya Zülfüqar ballistik raketi ilə zərbələr endirib”, – deyə Səriya bildirib.

Ordunun Mətbuat Xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi uğurla dəf edib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 5 =