Yəmən mənbələri: Amerika Yəməndə atəşkəsin qarşısını almağa çalışır

Yəmən mənbələri: Amerika Yəməndə atəşkəsin qarşısını almağa çalışır

Yəmən mənbələri bildirirlər ki, Amerika Yəmən əleyhinə koalisiyadakı muzdlularını atəşkəs və daimi sülhə qarşı doldurmağa çalışır.

Bazar ertəsi ABŞ-ın Yəməndəki səfiri Stiven Harris Faqin ilə “Yəmən Prezident Şurası” (Riyadla bağlı təşkilat) kimi tanınan qrupun üzvü Tariq Əfaşın görüşündən sonra, Səudiyyəli media onu tənqid edib

Əl-Xəbriyyəl-Yəməni internet saytının məlumatına görə, bu görüş Yəmən və Səudiyyə media dairələri arasında bir çox suallara səbəb olub və Amerika səfiri ilə “Tariq Əfaş”ın Yəmən böhranının siyasi həllinin uğursuzluğunu müzakirə etdiyi bildirilir.

Həmçinin bu görüş Ər-Riyad və Vaşinqton arasında münasibətlərdə yaxınlaşmanın azalması və Səudiyyə Ərəbistanının İranla razılaşması və səudiyyəlilərin Rusiya və Çinlə yaxınlaşması kölgəsində baş tutub.

Yəmən mənbələrinin məlumatına görə, bu görüşdə ABŞ səfiri Tariq Əfaşa Səudiyyə koalisiyası və Prezident Şurasına qarşı çıxdığına görə yaşıl işıq yandırıb və ABŞ-ın ona dəstək verəcəyinə söz verib.

Həmçinin, bu görüşdən sonra “Tariq Əfaş”a bağlı silahlılar Yəmənin Qırmızı dənizə baxan cənub-qərb bölgələrinə yerləşdirilib.

Keçən həftə əl-Məyadin bir hesabatda Səudiyyə Ərəbistanının Yəmən Prezident Şurasına müharibəni dayandırmaq və Yəmən işini həmişəlik bağlamaq qərarı barədə məlumat verdiyini açıqlayıb.

  Bu danışıqların açıq olmadığını vurğulayaraq, bu xəbər saytı xəbər verib: Səudiyyənin müdafiə naziri “Xalid bin Salman, Prezident Şurasının üzvləri ilə dünənki görüşündə Ər-Riyadın böhrana son qoymaq üçün həll yolunu izah edib.

Əl-Məyadin kanalının bu hesabatının dərcindən təxminən bir gün sonra Səudiyyə və Oman nümayəndə heyətləri Yəmənə gələrək Sənadakı Prezident sarayında Yəmənin Ali Siyasi Şurasının rəhbəri “Mehdi Əl-Məşatla görüşdülər.

Bu görüşdə Əl-Məşət Omanın vasitəçiliyini və Yəməndə sülhün reallaşması ilə bağlı baxış və səyləri bir araya gətirməkdəki müsbət rolunu yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 4 =