Yəmən müqaviməti ABŞ, İsrail və İngiltərəyə məxsus 4 gəmiyə raketlə hücum edib

Yəmən müqaviməti ABŞ, İsrail və İngiltərəyə məxsus 4 gəmiyə raketlə hücum edib

Yəmən silahlı qüvvələrinin müqavimət qüvvələri ABŞ, İngiltərə və sionist rejimlə əlaqəli 4 gəmiyə raketlə hücum etdiyini elan edib.

İRNA-nın verdiyi xəbərə görə, Yəhya Səri dünən gecə (1 iyul) deyib: “MSC Unific” konteyner gəmisi, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan “Delonix” və “Lucky Sailor” tankerləri, həmçinin Böyük Britaniya donanmasına daxil olan “Anvil Point” yardımçı gəmisi hücuma məruz qalıb.

Yəhya Səri onu da bildirib ki, bu, son bir həftədə “Delonix” gəmisinə ikinci hücumdur.

Yəmən silahlı qüvvələri bu gəmilərə hücum etmək üçün qanadlı raketlərdən istifadə edib.

O əlavə edib: Hücum zamanı MSC Unified konteyner gəmisi Ərəbistan dənizində, Delonix neft tankeri Qırmızı dənizdə, Lucky Silver neft tankeri Aralıq dənizində, Anvil Point gəmisi isə Hind okeanında olub.

İRNA-nın məlumatına görə, Yəmən ordusu Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq son aylarda Qırmızı dənizdə işğal olunmuş ərazilərə və Bab əl-Məndəb boğazına gedən bir neçə İsrail gəmisi hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 6 =