Yəmən müqavimətinin Səudiyyə Ərəbistanına qarşı gələcək hücumları sarsıdıcı olacaq

Yəmən müqavimətinin Səudiyyə Ərəbistanına qarşı gələcək hücumları sarsıdıcı olacaq

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü çıxışında Yəmən müqavimətinin Səudiyyə Ərəbistanına qarşı gələcək hücumlarının sarsıdıcı olacağını vurğulayıb.

Əl-Məsirənin məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Bəxiti ölkənin Səudiyyənin mövqelərinə gələcək hərbi əməliyyatları barədə danışıb.

Məlumata görə, Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Yəmən müqavimətinin Səudiyyə Ərəbistanına qarşı gələcək hücumlarının ağrılı olacağını vurğulayıb. Yəmən müqaviməti Səudiyyə ərazisinin dərinliklərində yerləşən neft obyektlərini hədəf almağa davam edir.

O, əlavə edib: BƏƏ xalqı Yəmən müqavimətinin hücumlarından amanda olmayacaq. BƏƏ xalqının mövqeləri Yəmən müqavimətinin nişangahındadır. ABŞ və İngiltərə Səudiyyə Ərəbistanı və BƏƏ kimi təcavüzkarları dəstəkləyir. Amerikalılar Səudiyyə və BƏƏ rejimlərinin ciddi təhlükə altında olduğunu anlayanda strategiyalarını dəyişirlər.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən keçirdiyi mətbuat konfransında son 7 ildə meydanda baş verənləri şərh edərkən deyib: “Yəmən ordusu və xalq komitələri bu müddət ərzində 10 mindən çox Səudiyyə əsgərini öldürüb və yaralayıb”.

“Yəmən xalqı və müqaviməti hər zaman Səudiyyə təcavüz koalisiyasının ötən illər ərzində təcavüzünə qarşı çıxıb və bu, təqdirəlayiqdir. Biz 7 ildir səbrr edirik və azadlığımızı, müstəqilliyimizi qazanmaq üçün daha çox müqavimət göstərməyə hazırıq. ” – deyə, Yəhya Səri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − two =