Yəmən ordusu Ərəbistanın hərbi və strateji hədəflərini vurdu

Yəmən ordusu Ərəbistanın hərbi və strateji hədəflərini vurdu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən ordusu bazar günü gecə geniş miqyaslı bir əməliyyat başlatdığını və Səudiyyə Ərəbistanındakı hərbi və strateji hədəflərə 8 ballistik raket atıldığını elan edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yəhya Səri mətbuat konfransında, Yəmənin Pua və raket qüvvələri ortaq bir əməliyyatda Səudiyyə Ərəbistanına 22 raket və pualarla hücum etdiklərini söyləyib.

O, “Məhdudlaşdırma müadiləsi 6” adı verilən əməliyyatda, 8 ballistik raket və 14 uzaq mənzilli hücum dronunun iştirak etdiyini vurğulayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu mühüm əməliyyatı izah edərkən Ras Tanura neft limanındakı Səudiyyə Əribistanının Milli Neft Şirkətininin (Aramko) və Əl-Dammam şəhərindəki hərbi hədəflərin (Səudiyyə Ərəbistanının şərqində) 10 “Səmad 3” dronları və bir “Zülfiqar” raketi ilə hədəfə alındığını bildirib.

Yəhya Səri  həmçinin, 4 ədəd “Qasef-2K” dronu və 7 “Bədr” raketi ilə Səudiyyə Ərəbistanının qərbindəki Asir və Cizan bölgələrinin də hədəfə alındığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =