Yəmən ordusu Amerikaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, ölkənin hava hücumundan müdafiəsi Səudiyyə koalisiyasına məxsus casus pilotsuz təyyarəni hədəf alaraq məhv edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada Generalı Yəhya Səri Yəmənin şimal-qərbində Səudiyyə koalisiyasına məxsus casus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
O, çərşənbə axşamı öz Tvitter hesabında yazıb ki, Yəmən ordusunun Hava Müdafiəsi Hiccə əyalətinin (şimal-qərb) Hərz şəhəri üzərində əməliyyat aparan Amerikanın Scan Eagle PUA-sını vuraraq məhv edib.
Ötən il Yəmən ordusu Yəmənin müxtəlif ərazilərində ondan çox belə pilotsuz uçan aparatı məhv edib və onların əksəriyyəti Mərib ərazisində vurulub.
Hiccə əyalətinin Hərz şəhəri son vaxtlar Yəmən ordusu və Ənsarullah qüvvələrinin Səudiyyə koalisiyasına ağır itkilər verməsinin şahidi olub. Nəticədə, koalisiya qüvvələri Səudiyyə sərhəddinə çəkilmək məcburiyyətində qalıb.