Yəmən ordusu bir sıra əraziləri nəzarətinə keçirdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən mənbələri çərşənbə günü günortadan sonra Yəmən ordusu və xalq komitələrinin cənubdakı Hərib şəhərini nəzarətə götürdüklərini bildirib.
Əl-Məşhəd Əl-Yəməni xəbər saytı da bununla əlaqədar olaraq, Sana ordusunun istefa verən hökumət qüvvələri ilə ağır döyüşdən sonra Hərib şəhərinin mərkəzini nəzarətə götürdüyünü yazıb.
Mənbələr iki saat əvvəl bu veb sayta Sana ordusunun Hərib şəhərinə girdiyini və strateji Hərib qalası ətrafında qarşıdurmaların davam etdiyini söyləyib. Mənbələr, Hərib şəhərinin süqutunun Marib əyalətinin mərkəzi üçün son dərəcə təhlükəli olduğunu vurğulayıblar.
Bu xəbərin yayımlanmasından sonra Əl-Cəzirə telekanalı Hərib şəhərinin Yəmən ordusunun tam nəzarətində olduğunu elan edib.
Dünən axşam isə Yəmən mənbələri Sana ordusunun Şəbuh əyalətində (Məribin cənubunda) iki strateji Bihan və Eyn şəhərlərini nəzarətə götürməyi bacardıqlarını bildirmişdilər.