Yəmən ordusu bu vilayəti azad etmək astanasındadır

Yəmən ordusu bu vilayəti azad etmək astanasındadır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Maribdə (Yəmənin şərqi) qarşıdurmalar bu həftə yenidən şiddətlənib. Son bir neçə saatda şəhərin şimal və şərq cəbhələri şiddətli toqquşmaların şahidi olub. Yerli mənbələrə görə, hər iki cəbhə müxtəlif ağır silahlardan istifadə ediblər.

“Vəkalə əl-Sahafa əl-Yəməniyyə” xəbər verir ki, son 24 saat ərzində Yəmən ordusu və xalq komitələri Marib şəhərindəki hökumət qərargahına yaxınlaşmışlar. Onlar sürətlə irəliləyərək şəhərə hakim olmaq ərəfəsindədirlər.

Məlumatda daha sonra deyilir ki, Səudiyyə koalisiyası qırıcıları təmas bölgələrini, xüsusən “Naxla” və “Zat ər-Ra” və “Əl-Tala əl-Həmra”-nı hədəfə almasına baxmayaraq Səna qüvvələri Zat ər-Ra təpəsinin şərqində “Əl-Dəhlə” bölgəsinə doğru irəliləməyi bacarıb və döyüş hökumət mərkəzlərinə doğru çəkilib.

Adının açıqlanmasını istəməyən bir mənbə Əl-Qaidə terrorçularının Zat ər-Raa və əl-Məqhəvi təpələrində bütün mövqelərini itirdiklərini və Səna qüvvələrinin təzyiqi altında Əl-Tala əl-Həmradan hökumət qərargahına çəkildiklərini söyləyib. Bu geri çəkilmə, Səna qüvvələrinin Maribin şimal -qərb cəbhələrində geniş şəkildə irəliləməsindən sonra baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − nine =