Yəmən ordusu ilk dəfə olaraq “Fələstin” ballistik raketini nümayiş etdirdi

Yəmən ordusu ilk dəfə olaraq “Fələstin” ballistik raketini nümayiş etdirdi

 Yəmən silahlı qüvvələrinin sözçüsü işğal olunmuş ərazilərin cənubundakı Ummur Rəşrəş (Eylat) limanının ilk dəfə olaraq “Fələstin” ballistik raketindən istifadə edərək hədəfə alındığını açıqlayıb.

İRNA-nın məlumatına görə, Yəhya Səri dünən gecə (3 iyun) bu xəbəri elan etsə də, “Fələstin” adlı bu ballistik raketin təfərrüatlarını və texniki xüsusiyyətləri barədə məlumat verməyib.

Yəmən ordusu ötən aylarda Qəzza zolağında Fələstin xalqı və müqavimətə dəstək məqsədilə Qırmızı dəniz və Babəl Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə Amerika, İngiltərə və sionist gəmilərini hədəfə alıb.

Yəmən ordusunun qüvvələri İsrail rejimi Qəzzəyə hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərini və Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmiləri hədəf almağı qarşıya məqsəd qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 7 =